Astroloqların proqnozlarına görə, iyunun son günlərində planetlərin düzülüşü bəzi bürclərin maliyyə və karyera həyatında mühüm dəyişikliklər vəd edir.
Bizim.Media xəbər verir ki, xüsusilə üç bürc üçün yeni gəlir imkanları və maddi yüksəliş dövrünün başladığı bildirilir.
Buğa
Buğa bürcləri üçün uzun müddətdir davam edən durğunluq dövrü geridə qalır. Yeni müqavilələr, gəlir artımı və köhnə borcların qaytarılması gündəmə gələ bilər. Astroloqlar kiçik görünən biznes və layihə təkliflərini diqqətlə dəyərləndirməyi tövsiyə edirlər.
Şir
İyunun 30-dan etibarən Yupiterin Şir bürcünə keçidi bu bürc üçün uğurlu mərhələnin başlanğıcı hesab olunur. Liderlik keyfiyyətləri və kreativ ideyalar gəlirə çevrilə, yeni imkanlar yarana bilər. Bu dövrdə daha fəal olmaq məsləhət görülür.
Qız
Qız bürcləri analitik düşüncə və düzgün planlama sayəsində maliyyə baxımından üstünlük əldə edə bilərlər. Əlavə qazanc mənbələri, sərbəst iş imkanları və vaxtilə yarımçıq qalan layihələrin yenidən gündəmə gəlməsi ehtimalı yüksək qiymətləndirilir. (metbuat.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
23:09 / 23.06.2026
Bu BÜRCLƏR üçün böyük qazanc dövrü başladı
Hazırda oxunan: Bu BÜRCLƏR üçün böyük qazanc dövrü başladı
Hazırda oxunan: Bu BÜRCLƏR üçün böyük qazanc dövrü başladı
621145
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































