Rusiya Prezidenti Vladimir Putin Ukrayna dövlət başçısı Volodimir Zelenskinin sülh müraciətlərinə və məktubuna münasibət bildirərək, bu addımların real sülh yaratmaq məqsədi daşımadığını, əksinə, gərginliyi daha da alovlandırdığını bəyan edib.
Bizim.Media xəbər verir ki, Rusiya lideri Kremlin apardığı hərbi əməliyyatların səbəblərinə toxunaraq, Moskvanın uzun illər boyu kompromis axtardığını iddia edib.
"Səkkiz il səbr etdik"
Putin hazırkı vəziyyətin yaranmasında birbaşa Ukrayna rəhbərliyini ittiham edib:
"Biz səkkiz il səbr etdik, onlarla razılığa gəlməyə çalışdıq. Sonra isə bəyan etdilər ki, məsələni dinc yolla həll etməyəcəklər, Minsk razılaşmalarını icra etməyəcəklər. Biz orada yaşayan, özünü rus hesab edən, rus dünyasının bir parçası görən və rus dilini doğma bilən insanları müdafiə etməyə məcbur olduq. Bütün bunlar bizi bu addımı atmağa vadar etdi".
"Cəbhənin hər bir nöqtəsində sıxışdırırıq"
Cəbhədəki cari vəziyyətdən danışan Rusiya Prezidenti, ordusunun bütün istiqamətlərdə üstünlüyü ələ keçirdiyini vurğulayıb:
"İndi cəbhədən gələnlər yaxşı bilir: bizim uşaqlar döyüş xəttinin bütün sahələrində onları sıxışdırır. İstisnasız olaraq hər yerdə. Əksinə olan bir dərəcə belə yer yoxdur. Odur ki, Zelenskinin bu cür müraciətləri sülh üçün heç bir ilkin şərt yaratmır. Bəs bu müraciətlər nəyə xidmət edir? Tam əksinə, hansısa yeni bir münaqişə potensialı formalaşdırmağa yönəlib".
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:15 / 23.06.2026
Putin Zelenskinin məktubunu tənqid etdi: "8 il səbr etdik" - VİDEO
Hazırda oxunan: Putin Zelenskinin məktubunu tənqid etdi: "8 il səbr etdik" - VİDEO
Hazırda oxunan: Putin Zelenskinin məktubunu tənqid etdi: "8 il səbr etdik" - VİDEO
621072
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































