Ankarada NATO sammiti öncəsi aksiyalar və dron uçuşları qadağan edildi

Hazırda oxunan: Ankarada NATO sammiti öncəsi aksiyalar və dron uçuşları qadağan edildi

621055

Türkiyənin paytaxtı Ankarada keçiriləcək 36-cı NATO sammiti ərəfəsində təhlükəsizlik tədbirləri maksimum dərəcədə gücləndirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin "Haber Global" portalı məlumat yayıb.

İyunun 28-dən iyulun 10-dək paytaxt ərazisində bütün növ toplantılar, nümayişlər, mətbuat konfransları, mitinqlər, stendlərin və çadırların qurulması, həmçinin vərəqə və bannerlərin paylanması qadağan edilib.

Bundan əlavə, rəsmi qurumların icazəsi olmadan pilotsuz uçuş aparatlarının (dronların) havaya qaldırılmasına da qəti qadağa qoyulub.

Ankara Valiliyindən verilən bəyanatda bildirilir ki, sammitin keçiriləcəyi ərazilərdə, nümayəndə heyətlərinin yerləşəcəyi məkanlarda və tranzit marşrutları boyunca təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılacaq. Sözügedən zonalara icazəsiz daxil olmaq da qadağan olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin