Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 25-26-da Polşanın Qdansk şəhərində keçiriləcək Ukraynanın bərpası üzrə konfransa qatılmayacaq.
Bizim.Media xəbər verir ki, Ukrayna Nazirlər Kabinetinin yaydığı məlumata görə, konfransda ölkə heyətinə və iş prosesinə Baş nazir Yuliya Sviridenko rəhbərlik edəcək.
"Ağ Qartal" ordeni ətrafında qalmaqal
Zelenskinin bu qərarı iki ölkə arasında yaşanan son siyasi gərginlik fonunda qəbul edilib. Belə ki, bundan əvvəl Polşa Prezidenti Karol Navrotski, Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə "UPA Qəhrəmanları" adını verməsinə cavab olaraq, onu Polşanın ali mükafatı olan "Ağ Qartal" ordenindən məhrum etmişdi. Polşa dövlət başçısı Karol Navrotski özü də dəvət almadığı üçün Qdanskdakı konfransda iştirak etməyəcək.
Siyasi analitiklər Zelenskinin bu addımını mübahisəli qərar kimi qiymətləndirirlər.
Ekspertlərin fikrincə, Polşa Prezidenti Navrotskinin onsuz da qatılmayacağı bu tədbirdə Zelenski iştirak edərək Polşanın Baş naziri Donald Tusk ilə birbaşa dialoq qura və Tusk-Navrotski qarşıdurmasından Kiyevin xeyrinə istifadə edə bilərdi.
Ukrayna siyasətində daha çox formal fiqur ("toy generalı") kimi tanınan Yuliya Sviridenkonun bu səviyyəli mühüm konfransda ölkəyə nə dərəcədə fayda verəcəyi və beynəlxalq tərəfdaşlar qarşısında Kiyevi necə müdafiə edəcəyi isə sual doğurur.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:41 / 23.06.2026
Zelenski Polşaya səfərdən İMTİNA ETDİ - Yerinə "toy generalı"nı GÖNDƏRƏCƏK
Hazırda oxunan: Zelenski Polşaya səfərdən İMTİNA ETDİ - Yerinə "toy generalı"nı GÖNDƏRƏCƏK
Hazırda oxunan: Zelenski Polşaya səfərdən İMTİNA ETDİ - Yerinə "toy generalı"nı GÖNDƏRƏCƏK
621087
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































