Tehran vilayətində çörəyin qiyməti rəsmi şəkildə artırılıb. Bu, daha əvvəl digər bölgələrdə başlayan bahalaşma dalğasının növbəti mərhələsi kimi qiymətləndirilir.
Bizim.Media bu barədə “Azad İran” teleqram kanalına istinadla xəbər verir.
Kanalın məlumatına görə, İran Sənaye Palatasının un və çörək işçi qrupunun rəhbəri Məhəmməd Cavad Kərimi bildirib ki, Tehranda yuxa çörəyinin qiyməti 2700 tümən, bərbəri çörəyinin qiyməti 10 000 tümən, səngək çörəyinin qiyməti isə 15500 tümənə yüksəlib.
Qeyd olunub ki, Tehrandan əvvəl də müxtəlif əyalətlərdə, o cümlədən Qərbi Azərbaycan, Mazandaran, Məşhəd və Həmədan kimi bölgələrdə çörək qiymətlərinin artması barədə məlumatlar yayılmışdı.

Bizim.Media

































































































