"Benzinkalonka ölkəsi" çıxılmaz vəziyyətdə: Rusiya yanacaq idxal edəcək – VİDEO

Hazırda oxunan: "Benzinkalonka ölkəsi" çıxılmaz vəziyyətdə: Rusiya yanacaq idxal edəcək – VİDEO

621061

Rusiya iqtisadiyyatının onurğa sütunu sayılan neft-qaz sektoru və yanacaq istehsalı kəskin böhranla üz-üzədir. Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) Rusiya neft emalı zavodlarına (NEZ) endirdiyi ardıcıl və sarsıdıcı zərbələr artıq öz "meyvəsini" verməkdədir.

Bizim.Media xəbər verir ki, "Reuters" agentliyinin keçən həftəyə olan son hesabatına görə, Rusiya ötən ilin eyni dövrü ilə müqayisədə benzin istehsalının rəsmən 25%-ni itirib.

İxrac çökür, daxili bazarda defisit qorxusu

Vəziyyətin kritik həddə çatmasını dəniz yolu ilə daşınan neft məhsullarının ixrac statistiyası da təsdiqləyir. Belə ki, iyun ayının ilk yarısında Rusiyanın dəniz nəqliyyatı ilə yanacaq ixracı əvvəlki dövrlə müqayisədə 15% azalıb. İstehsalın dörddə birini itirən və ixrac potensialı zəifləyən Rusiya rəhbərliyi, daxili bazardakı kəskin defisiti ört-basdır etmək və yanacaqdoldurma məntəqələrindəki reallığı gizlətmək üçün xaricdən yanacaq idxal etməyə başlamaq məcburiyyətində qalıb.

Hələ iyun ayıdır: Payızda Rusiyanı nə gözləyir?

Ekspertlər və analitiklər hələ yay mövsümünün və kənd təsərrüfatı işlərinin qızğın çağı olan iyun ayının sonunda bu cür acınacaqlı mənzərənin yaranmasını Kremlin hərbi-iqtisadi strategiyasının iflası kimi qiymətləndirirlər. Sosial şəbəkələrdə isə bu vəziyyət artıq satira mövzusuna çevrilib.

İzləyicilər haqlı olaraq sual edirlər: Hələ iyunun sonudur və Rusiya artıq benzin idxalçısına çevrilibsə, sentyabr ayına doğru – Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və Baş Kəşfiyyat İdarəsinin (GUR) yeni hədəfləri fonunda – ölkədə vəziyyət necə olacaq?

Görünən odur ki, "dünyanın benzinkalonkası" adlandırılan bir dövlətin özünün benzinsiz qalması və "Aclıq oyunları" ssenarisini real həyatda yaşaması artıq qaçılmazdır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin