Bakı bulvarında məşhur ATTRAKSİON təmir ediləcək

Hazırda oxunan: Bakı bulvarında məşhur ATTRAKSİON təmir ediləcək

621120

Dənizkənarı Milli Parkda (Bakı bulvarı) yerləşən "Panorama" attraksionu təmir olunacaq.

Bizim.Media “baku.ws”ə istinadən xəbər verir ki, təmir işlərini Dənizkənarı Bulvar İdarəsi həyata keçirəcək.

Məlumata görə, layihənin ehtimal olunan dəyəri 407 610.47 manat təşkil edir.
 

Satınalma çərçivəsində attraksionun texniki vəziyyətinin qiymətləndirilməsi, təhlükəsizlik sınaqlarının aparılması, profilaktik yoxlamalar və zəruri təmir işlərinin görülməsi nəzərdə tutulur.


Həmçinin çarxın əyləc sistemləri, hidravlik silindrləri, hərəkət mexanizmi və nasos sistemlərinə il ərzində müntəzəm texniki xidmət göstəriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin