Meloni Trampla münasibətlərini düzəltmək İSTƏYİR

Hazırda oxunan: Meloni Trampla münasibətlərini düzəltmək İSTƏYİR

621147

İtaliyanın Baş naziri Corca Meloni ABŞ Prezidenti Donald Trampla yaşanan söz davasından sonra Roma ilə Vaşinqton arasındakı münasibətlərin normal vəziyyətə qayıdacağına ümid edir.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi yayıb.

"Mən qarşıdurmanı davam etdirmək niyyətində deyiləm. Hesab edirəm ki, ABŞ ilə ikitərəfli fəaliyyətimiz normal məcrasına qayıtmalıdır", – deyə Meloni bildirib.
 

Vaşinqton və Roma arasında qalmaqal Trampın Meloninin onunla şəkil çkdirmək xahişi barədə bəyanatından sonra yaranıb. ABŞ lideri İtaliyanın "La7" telekanalına müsahibəsində İtaliyanın Baş nazirinin birgə foto çəkdirmək üçün ona sanki "yalvardığını" iddia edib.


Meloni isə öz növbəsində "X" sosial şəbəkəsində qeyd edib ki, nə o, nə də İtaliya "heç vaxt heç kimdən heç nə xahiş etmir". Baş nazir, həmçinin Trampın öz müttəfiqlərinə qarşı göstərdiyi bu cür hörmətsiz yanaşmasından təəccübləndiyini ifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin