“Qarabağ”x9dın transfer siyahısında yer alan daha bir futbolçunun adı müəyyənləşib.
Yunanıstanın "sdna.gr" saytında yerləşdirilmiş məlumata görə, Ağdam təmsilçisi Yunanıstanın “Olimpiakos”x9d klubunun hücumçusu Kərim Ənsarifərdlə maraqlanır.
Məlumata görə, İran millisinin 27 yaşlı futbolçusu hazırkı komandasında əsas heyətə düşə bilmədiyindən “Qarabağ”x9da keçidin əleyhinə deyil.
O, daha əvvəl vətənində “Saypa”x9d, “Traktorsazi”x9d, “Perspolis”x9d, İspaniyanın “Osasuna”x9d və Yunanıstanın “Panionios”x9d klublarının formasını geyinib.
Qeyd edək ki, “Qarabağ”x9d hazırda Yunanıstanın PAOK klubunun futbolçusu Pedro Enrikenin transferi ilə bağlı da iş aparır.



































































































