Voleybolçularımız geyinməyə forma tapmır? - İDDİA

Hazırda oxunan: Voleybolçularımız geyinməyə forma tapmır? - İDDİA

136870

Bu gün bəzi saytlarda kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində qatılmayacağı ilə bağlı informasiyalar yer alıb. Məlumata görə, buna səbəb komandanın vitamin, qida və nəqliyyat problemləri yaşaması, geyməyə forma tapa bilməməsidir.

Maraqlıdır, həqiqətənmi milli komanda geyməyə forma tapa bilmir?

Bununla bağlı Moderator.az-ın sualını cavablandıran Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinin rəhbəri Şəfəq Kərimova maliyyə problemlərinin mövcud olduğunu vurğulasa da, federasiya rəhbərliyinin komandanın yarışlarda iştirakını təmin etməyə çalışdığını vurğulayıb:

“Doğrudur, müəyyən maliyyə problemlərimiz var. Lakin federasiya rəhbərliyi problemi həll etməyə çalışır. Çalışacayıq ki, komandamızın yarışlarda iştirakı təmin olunsun”x9d.


Seymur Əliyev

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin