Qaxda telefonla danışan qızı ildırım vurdu

Hazırda oxunan: Qaxda telefonla danışan qızı ildırım vurdu

79523
Nurlunun vəziyyəti ağırdır.

Qax rayonunun sakinini ildırım vurub.

Moderator.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Qax rayonunun Zəyəm kəndində baş verib. 

1989-cu il təvəllüdlü Nurlu Səməndər qızı Surxayeva yaşadığı evin həyətyanı sahəsində mobil telefonla danışan zaman onu ildırım vurub.

26 yaşlı Nurlu hadisə yerinə çağırılmış Qax Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinin əməkdaşlarının müşayiəti ilə xəstəxanaya aparılıb.

Qax RMX-dan verilən məlumata görə, N.Surxayeva xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin