"Milyarderlərin yay düşərgəsi"ndə Ceff Bezosun həyat yoldaşı DİQQƏT MƏRKƏZİNDƏ – FOTO

Hazırda oxunan: "Milyarderlərin yay düşərgəsi"ndə Ceff Bezosun həyat yoldaşı DİQQƏT MƏRKƏZİNDƏ – FOTO

624231

Aydaho ştatındakı Sun Valley kurortunda keçirilən ənənəvi "Allen & Company" konfransı bu il də dünyanın ən nüfuzlu biznes liderlərini bir araya gətirib. "Milyarderlərin yay düşərgəsi" kimi tanınan bu qapalı tədbirə həyat yoldaşı Ceff Bezos ilə birlikdə qatılan Lauren Sançes geyimi ilə diqqət mərkəzində olub.

Bizim.Media xəbər verir ki, Sançes idmançı formasını və zövqünü nümayiş etdirən cəsarətli obrazı ilə fotoqrafların əsas hədəfinə çevrilib.

O, Dior moda evinə məxsus 3 600 dollarlıq, bel hissəsində incə bantla tamamlanan, çəhrayı-qara naxışlı uzun pambıq ətək seçib. Obrazı tamamlayan qısa, düyünlü "Oksford" üslublu çəhrayı köynək isə onun fit bədən quruluşunu ön plana çıxarıb.

Sançes obrazını 32 000 dollardan baha qiymətə satılan qar kimi ağ rəngli "Hermès Birkin 25" çantası ilə tamamlayıb.

Bej rəngli hündürdaban "stiletto" ayaqqabılar, iri brilyant sırğalar və klassik "aviator" gün eynəkləri onun ümumi üslubunu tamamlayan əsas elementlər olub.
 

"Amazon"un qurucusu Ceff Bezos isə həyat yoldaşının iddialı görünüşünün əksinə olaraq, klassik "casual" üsluba üstünlük verib. O, qara rəngli polo köynək, tünd göy cins şalvar və dəri ayaqqabılarla tədbirə qatılıb.


Xatırladaq ki, hər il iyul ayında keçirilən və iştirakçıların yalnız dəvətlə qatıla bildiyi bu konfransda Apple-ın rəhbəri Tim Kuk, OpenAI-ın başçısı Sem Altman kimi dünya texnologiya nəhəngləri ilə yanaşı, İvanka Tramp və Cared Kuşner kimi nüfuzlu simalar da iştirak edir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin