Trampla bağlı suala reaksiyası gündəm oldu – VİDEO

Hazırda oxunan: Trampla bağlı suala reaksiyası gündəm oldu – VİDEO

624232

İtaliyanın Baş naziri Corcia Meloni Türkiyənin Ankara şəhərində keçirilən NATO Zirvəsindən sonra təşkil olunan mətbuat konfransında ABŞ Prezidenti Donald Trampla bağlı suala verdiyi kəskin və qətiyyətli cavabla medianın diqqət mərkəzinə düşüb.

Bizim.Media xəbər verir ki, jurnalistin "Prezident Trampla münasibətlərə qoyduğunuz siyasi investisiyalara görə peşmansınızmı?" sualına Meloni qısa fasilə verərək, bir stəkan su içib və qətiyyətlə bu cavabı verib:
 

"Mən etdiyim heç bir şeyə görə qətiyyən peşman deyiləm. Mən bu siyasi investisiyanı Qərbin birliyinə olan inancımdan dolayı etmişəm və bunu hər platformada müdafiə etmişəm. Bu, Donald Trampın gəlişi ilə ortaya qoyduğum xüsusi bir strategiya deyil, qarşılaşdığım bütün tərəfdaşlarla apardığım xəttdir".


Qeyd edək ki, son həftələrdə iki lider arasında münasibətlərdə ciddi gərginlik yaşanır.

Belə ki, Fransada keçirilən G7 sammitindən sonra Tramp Meloninin onunla şəkil çəkdirmək üçün yalvardığını açıqlayıb.

İtaliya Baş naziri isə bu açıqlamanı təkzib edib. Sonrakı günlərdə də tərəflər biri-birilərinin ünvanına müxtəlif ittihamlar səsləndiriblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin