İyulun 10-da Biləsuvar və Masallı rayonlarının bir neçə yaşayış məntəqəsində qazın verilişində fasilə yaranacaq.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Lənkəran Regional Qaz İstismarı İdarəsi yayıb.
Bildirilib ki, buna səbəb təmir-bərpa və payız-qış mövsümünə hazırlıq işləridir.
Belə ki, sabah saat 10:00-dan işlər yekunlaşanadək Biləsuvar rayonunun Ovçubərə, Amankənd, Ağalıkənd, Yuxarı Cürəli, Dərvişli, Aşağı Cürəli, Əsgərəbad və Masallı rayonunun Bədalan kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:31 / 09.07.2026
Sakinlərin NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq – SİYAHI
Hazırda oxunan: Sakinlərin NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq – SİYAHI
Hazırda oxunan: Sakinlərin NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq – SİYAHI
624246
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































