Vəhşi heyvanlar harada və necə MÜALİCƏ olunur? – Çoxlarının bilmədiyi PROSES

Hazırda oxunan: Vəhşi heyvanlar harada və necə MÜALİCƏ olunur? – Çoxlarının bilmədiyi PROSES

624081

Vəhşi heyvanların reabilitasiyası təbiətdə biomüxtəlifliyin qorunması baxımından mühüm tədbirlərindən biridir. Təbii mühitdə müxtəlif səbəblərdən yaralanmış, xəstələnmiş vəhşi heyvanlar xüsusi reabilitasiya mərkəzlərinə gətirilərək baytarlıq müayinəsindən keçirilir, müalicə olunur və yenidən yaşadıqları ekosistemlərə buraxılır. Azərbaycanda bu istiqamətdə əsas fəaliyyət Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzdində fəaliyyət göstərən Reabilitasiya Mərkəzi tərəfindən həyata keçirilir və burada müxtəlif növ məməlilər, quşlar və digər vəhşi heyvanlar müalicə edilir.

Maraqlıdır son 5 ildə nə qədər vəhşi heyvan müalicə olunaraq təbiətə geri buraxılıb?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayevanın Bizim.Media-ya verdiyi məlumata görə, 2020-2025-ci illər ərzində Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasında ümumilikdə 74 baş vəhşi heyvan və quş reabilitasiya olunaraq təbii yaşayış mühitinə buraxılıb. Onlardan 9-u məməli, 65-i isə müxtəlif növ quşlar olub.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin