Göyçayda dəhşəti yanğın- Ata və övladları yanaraq can verdi

Hazırda oxunan: Göyçayda dəhşəti yanğın- Ata və övladları yanaraq can verdi

77371
Göyçay rayonunda bir ailənin üç üzvünün yanaraq ölməsi ilə nəticələnən dəhşətli hadisə baş verib. 

Hadisə bu gün səhər saat 8:30 radələrində Göyçay şəhərinin Ziya Bünyadov küçəsində, 33 yaşlı Xəyalə Əhmədovaya məxsus mənzildə baş verib. Ümumi sahəsi 70 kvadratmetr olan iki otaqlı fərdi yaşayış evində baş verən yanğının söndürülməsi üçün, əraziyə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Hadisə barədə yanğından mühafizə hissəsinə qonşular gec məlumat verilib. Hadisə yerinə yanğınsöndürənlər gələndə artıq ev və içərisindəki əşyalar tamamilə yanaraq yararsız hala düşüb. Hadisə zamanı ev sahibi Xəyalə Əhmədovanın həyat yoldaşı 45 yaşlı Azad Babayev, onun iki övladı, 7 yaşlı İlyas Əhmədov və 6 yaşlı Aysu Əhmədova yanaraq dünyasını dəyişib. Hadisə baş verən zaman ev sahibi Xəyalə Əhmədova işdə olub. Qonşuların verdiyi məlumata görə, uşaqların atası Azad Babayevin psixoloji problemləri olub. Xəyalə Əhmədova bu gün səhər uşaqların yeməyini hazırlayaraq zavoda işə getdiyini və yarım saat sonra evinin yanması xəbərini eşitdiyini bildirib. Hadisə şahidlərinin sözlərinə görə, yanğını söndürmək üçün evə daxil olmaq istəsələr də qapı içəridən bağlı olub. Bu da yanğının qarşısının alınmasına və içəridəki adamların çıxarılmasına mane olub. Yanğın hadisəsinin qəsdən törədildiyi ehtimal olunur. (Region TV)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin