Bərdədə partlayış: 3 nəfər xəsarət aldı

Hazırda oxunan: Bərdədə partlayış: 3 nəfər xəsarət aldı

36512

Bərdədə qaz sızması nəticəsində mənzildə partlayış baş verib.  Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. 

Hadisə Gəncə küçəsi ev 50-də baş verib. Ev sahibi Elnur Sadiqovun sözlərinə görə səhərə doğru saat 04 radələrində anası evdə qaz iyi hiss edib. 57 yaşlı qadın qaz pilətəsinə yaxınlaşan zaman partlayış baş verib. Nəticədə 380 kvadratmetrdən artıq sahəsi olan evə ciddi ziyan dəyib. 

Mətbəxin və hamam otağının divarları uçub. Otaqların pəncərələri və qapılar partlayış nəticəsində yerindən çıxıb. Hadisə zamanı evdə 5 nəfər olub. Ev sahibi Elnur Sadiqov əllərindən yanıq xəsarətləri alsa da, vəziyyəti ağır olan anası artıq paytaxta göndərilib. 14 yaşlı Zeynəb Sadiqzadə isə hələ də Bərdə mərkəzi rayon xəstəxanasındadır. Hadisə yerində Azəriqaz və FHN-in əməkdaşları araşdırma aparıb. Hadisənin səbəbləri də araşdırmanın sonunda məlum olacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin