Fələstində bir ailənin I Cahan savaşı dövründən bəri qoruduğu Osmanlı türk pulları tapılıb.xa0
Moderator.az-ın xarici İslam saytlarına istinadla verdiyi xəbərə görə, uzaq 1915-ci ildəxa0 Fələstində ingilislərlə savaşan birxa0 türk əsgəri Rüşdi Əfəndi adlı sahibkardan o dövr üçünxa0 böyük məbləğ olan 14 min Osmanlı lirəsini o, savaşdan dönənədək əmanət kimi saxlamağı xahiş edib.xa0

Təəssüf ki, ərəb iş adamı bir daha həmin hərbçini görə bilməyib. Ancaq o pulları xərcləmək əvəzinə Rüşdi Əfəndi əsl müsəlman kimi davranaraq Osmanlı döyüşçünün əmanətini ömrü boyu saxlayıb. Və üstəlik,xa0 ölümündən öncə öz övlad və nəvələrinə də sahibini tapanadək bu türk əskinaslarını qorumağı vəsiyyət edib.xa0
Hazırda 103 il öncə Osmanlı əsgərinin fələstinli iş adamına verdiyi 14 min lirə Rüşdi Əfəndinin bacısı oğluxa0 Racib Əl-Əluladadır. O, dayısından qalan əmanəti qaytarmaq üçün həmin türk hərbçisinin qohumlarını axtarır...xa0
Sultan Laçın




































































































