Yıxıldığını dedi, bıçaqlandığı ortaya çıxdı

Hazırda oxunan: Yıxıldığını dedi, bıçaqlandığı ortaya çıxdı

236068
Avqustun 7-də Bakı şəhər sakini Şahin Məmmədov yaşadığı Suraxanı rayonundakı evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Daxili İşlər Nazirliyindənxa0 verilən məlumata görə, Şahin Məmmədov öz izahatında yıxılması nəticəsində xəsarət aldığını bildirib.

Suraxanı RPİ 31-ci PB-nin əməkdaşları tərəfindən aparılan ilkin araşdırmalarla həmin gün Ş.Məmmədovla Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Abbasov arasında Əmircan qəsəbəsi ərazisində münaqişə baş verməsi və bu zaman sonuncunun ona bıçaqla xəsarət yetirməsi müəyyən edilib.xa0xa0

Dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə E.Abbasov saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. (oxu.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin