"David Seliverstov" kimi tanınan dələduzun məşhur qohumluğu üzə çıxdı

Hazırda oxunan: "David Seliverstov" kimi tanınan dələduzun məşhur qohumluğu üzə çıxdı

630034

Xəbər verdiyimiz kimi, özünü yəhudi əsilli beynəlxalq hüquq müdafiəçisi kimi təqdim edən və "David Seliverstov" adı ilə tanınan şəxsin əsl adının Kazım Elşən oğlu Abbasov olduğu bildirilir. Onun əvvəllər bir neçə dəfə məhkum edildiyi, illər ərzində ölkənin ictimai-siyasi dairələri, media qurumları və yəhudi təşkilatları ilə əlaqələr qurduğu iddia olunur.

Kazım Abbasov 2011-ci ildə Nəsimi Rayon Polis İdarəsi tərəfindən saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə ittiham irəli sürülüb. Məhkəmənin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Daha sonra Xəzər Rayon Prokurorluğu tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.2-ci (saxta sənədlərdən bilə-bilə istifadə etmə) maddələri ilə cinayət işi başlanıb. Həmin iş üzrə Kazım Abbasov 2 il müddətinə azadlıqdan məhrum edilib və 3500 manat cərimə olunub.

Bizim.Media xəbər verir ki, “gununsesi.info”nun apardığı araşdırma zamanı məlum olub ki, "David Seliverstov" adı ilə tanınan Kazım Abbasov professor Qəzənfər Paşayevin qızı, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayevanın həyat yoldaşıdır.

Qeyd edək ki, Təranə Paşayeva mərhum deputat Qənirə Paşayevanın əmisi qızıdır.

Onu da qeyd edək ki, "David Seliverstov" adı ilə çıxış edən şəxs özünü müxtəlif beynəlxalq hüquq müdafiə qurumlarının nümayəndəsi, yəhudi icması ilə əlaqəli şəxs və xeyriyyəçi kimi təqdim edib. O, Azərbaycan-İsrail münasibətlərinə dair tədbirlərdə iştirak edib və ictimai-siyasi dairələrdə müxtəlif əlaqələr qurmağa çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin