Saray qəsəbəsində qəza: 4 avtomobil toqquşdu - FOTO

Hazırda oxunan: Saray qəsəbəsində qəza: 4 avtomobil toqquşdu - FOTO

630051

Abşeron rayonunun Saray qəsəbəsində dörd avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media “report.az”a istinadla xəbər verir ki, qəza Məhəmməd Əsədov küçəsində qeydə alınıb.
 

Belə ki, "BYD" və "Chevrolet" markalı minik avtomobilləri toqquşub. Toqquşmadan sonra idarəetmədən çıxan "Chevrolet" yol kənarında dayanmış "Ford" və "Range Rover" markalı avtomobillərə çırpılıb.


Hadisə nəticəsində avtomobillərə ziyan dəyib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin