Bakıda müştəri taksi sürücüsünü qarət etdi

Hazırda oxunan: Bakıda müştəri taksi sürücüsünü qarət etdi

630008

Bakıda taksi sürücüsü qarət olunub.

Bizim.Media xəbər verir ki, DİN mətbuat xidmətindən verilən xəbərə görə, Nizami rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücülərdən birinin avtomobilindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 37 yaşlı Ə.Tağıyev müəyyən olunaraq saxlanılıb.
 

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs müştəri qismində əyləşdiyi taksidə sürücünün avtomobildən enməsindən istifadə edərək salondan 770 manat pul vəsaiti, mobil telefon və bank kartlarını oğurlayıb.


Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin