Kürəkən maşınla qayınanasının üstündən keçdi - Bakıda

Hazırda oxunan: Kürəkən maşınla qayınanasının üstündən keçdi - Bakıda

212867
Hadisə Sabunçu rayonu ərazisində baş verib.

Moderator.az-ın əldə etdiyi məlumata görə, Əfsanə Əlizadə adlı qadın keçmiş həyat yoldaşından Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə şikayət edib. Qadın ərizəsində göstərib ki, keçmiş həyat yoldaşı Zahid Əliyev idarə etdiyi avtomobil ilə qəsdən anası, 1957-ci il təvəllüdlü Fərqanəni vurub.xa0

Ağır bədən xəsarəti alan qadın 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Məlum olub ki, zərərçəkmişin bədəninin bir neçə yerində sınıq xəsarətləri var.xa0

Faktla bağlı Sabunçu RPİ-nin 14-cü Polis Bölməsində təhqiqat araşdırmalarına başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən Z.Əliyev bölməyə çağırılaraq izahatı alınıb və qadını qəsdən vurduğunu etiraf edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin