İcra Hakimiyyətinin maşını qəzaya düşdü: yaralı var

Hazırda oxunan: İcra Hakimiyyətinin maşını qəzaya düşdü: yaralı var

192614
Mingəçevir şəhərində bir qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report xəbər verir ki, hadisə 20 yanvar küçəsinin Heydər Əliyev prospekti ilə kəsişmə nöqtəsinə yaxın ərazisində qeydə alınıb.

Belə ki, “Mersedes”x9d və “Mitsubişi”x9d markalı avtomobillər toqquşub. Qəza nəticəsində “Mitsubişi”x9ddə olan mingəçevirli qadın Ağayeva Diliş Mehman qızı ağır xəsarət alıb. Yaralı taksi ilə şəhər xəstəxanasına çatdırılıb.

Məlumata görə, qəza törədən 66 AA 155 dövlət qeydiyyat nişanlı “Mersedes”x9d Yevlax rayon İcra Hakimiyyətinə məxsus xidməti avtomobildir.

Hadisə ilə bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin