Vidadi Zeynalovun vəkili jurnalistlərə hücum etdi - Məhkəmədə

Hazırda oxunan: Vidadi Zeynalovun vəkili jurnalistlərə hücum etdi - Məhkəmədə

160128
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən proses başlamadan öncə V.Zeynalovun vəkili Elxan Süleymanov jurnalistlərə hücum edib.

Sabiq aparat rəhbərinin vəkili məhkəmə prosesindən yazan media əhlini “şərəfsiz”x9d, “əxlaqsız”x9d adlandırıb.

Vidadi

E.Süleymanov müdafiə etdiyi şəxs barəsində tərtib olunan ittiham aktına istinadən məlumat yayılmamasını istəyib və jurnalistlərə əl qaldırmağa cəhd edib.

Digər vəkillərin və məhkəmə nəzarətçilərinin müdaxiləsi ilə vəkil E.Süleymanov oradan uzaqlaşdırılıb.

Bundan sonra məhkəmə prosesi başlayıb, dövlət ittihamçısı Fərid Nağıyev sabiq aparat rəhbəri V.Zeynalovun vəkilinin yayılmasını istəmədiyi ittiham aktını elan edib.(Qafqazinfo)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin