Bu gün səhər saatlarında Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 88-ci kilometrliyində, Hacıqabul rayonunun Qızılburun kəndi ərazisində baş vermiş ağır avtomobil qəzası nəticəsində yol təsərrüfatına ciddi ziyan dəyib.
“Azəravtoyol”x9d ASC-nin Mətbuat Katibliyindən Oxu.Az-a daxil olan məlumata görə, “Kamaz”x9d markalı 22 BC 360 dövlət nömrə nişanlı qoşqulu yük maşını yol ayrıcında olan əyri-xətli dəmir tirləri dağıdaraq, aşıb.xa0
Qəza zamanı 140 paqon metrə yaxın dəmir arakəsmə sıradan çıxıb və bununla da dövlət büdcəsinə ilkin hesablamalara əsasən 9 min manata yaxın ziyan dəyib.
Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib. Hazırda qəzanın fəsadları “Azəravtoyol”x9d ASC-nin əməkdaşları tərəfindən aradan qaldırılır.
Qeyd edək ki, baş vermiş ağır qəza zamanı yük maşınında olan sərnişin 1988-ci il təvəllüdlü Hüseynov Elvin Rabit oğlu dünyasını dəyişib. Sürücü Goranboy rayon sakini 1986-cı il təvəllüdlü Ələkbərov Rövşən Əli oğlu ağır yaralanıb.
09:11
Hacıqabulda baş verən yol qəzasında bir nəfər ölüb.
Moderator.az xa0xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə səhər saatlarında Bakı-Qazax magistralının 105-ci kilometrliyində, Hacıqabul rayonunun Qızılburun kəndi ərazisində qeydə alınıb.
“KamAZ”x9d markalı “22 BC 360”x9d dövlət nömrə nişanlı avtomobil aşaraq dəmir səddə çırpılıb. Nəticədə avtomobildə olan sərnişin Goranboy rayon sakini, 1988-ci il təvəllüdlü Hüseynov Elvin Rabit oğlu dünyasını dəyişib.
Avtomobildə sıxılmış sərnişinin meyiti FHN-in Hacıqabul Yanğından mühafizə xidmətinin xilasediciləri tərəfindən xüsusi avadanlığın köməyi ilə çıxardılaraq aidiyyəti üzrə təhvil verilib.
xa0
Faktla bağlı BDYPİ-də araşdırma aparılır.





































































































