Ürəyi dayanan şəxs həyata belə qaytarıldı -ANBAANGÖRÜNTÜLƏR

Hazırda oxunan: Ürəyi dayanan şəxs həyata belə qaytarıldı -ANBAANGÖRÜNTÜLƏR

636075

Bərdə Rayon Mərkəzi Xəstəxanasında ürək fəaliyyəti dayanan şəxsin həyatı xilas edilib.

Bu barədə Bizim.Media-ya TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, 1963-cü il təvəllüdlü şəxs (kişi) kəskin stenokardiya səbəbilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
 

Pasiyentdə ürək fəaliyyətinin dayanması müşahidə edilib. Təxminən 25 dəqiqə ərzində aparılan ürək-ağciyər reanimasiyası və digər təxirəsalınmaz tibbi müdaxilələr nəticəsində pasiyentin həyatını xilas etmək mümkün olub.


Qeyd edək ki, stenokardiya ürək əzələsinin kifayət qədər oksigen ala bilməməsi səbəbilə yaranan qəfil və sıxıcı sinə ağrısıdır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin