Pentaqon süni intellekt üçün 5 milyard ayırır

Hazırda oxunan: Pentaqon süni intellekt üçün 5 milyard ayırır

636003

ABŞ Müdafiə Nazirliyi süni intellekt startapı Fluidstack-a təxminən 5 milyard dollar kredit ayırır.

Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.

Mənbələrə görə, danışıqlar uğurlu olarsa, şirkət Pentaqonun Strateji Kapital Agentliyindən vəsait alacaq.

Qəzet vurğulayıb ki, 5 milyard dollarlıq kredit agentlik üçün indiyə qədər ən böyük kredit olacaq. Şirkətdən alınan vəsaiti ABŞ-da məlumat mərkəzi komponentləri üçün təchizat zəncirini və istehsal gücünü gücləndirmək üçün istifadə etməli olacaq.
 

Qəzetin qeyd etdiyinə görə, Strateji Kapital Agentliyi ABŞ-ın milli təhlükəsizliyi üçün vacib hesab edilən sahələrdəki şirkətlərə kreditlər verir. O, əvvəllər dron istehsalı və nadir torpaq metallarının tədarükü ilə məşğul olan şirkətlərə vəsait ayırıb.


Fluidstack 2017-ci ildə Londonda təsis edilib. Startap daha sonra qərargahını Nyu-Yorka köçürüb və işçiləri hazırda ABŞ-da yaşayır. Keçən il şirkət diqqətini ABŞ-da süni intellekt infrastrukturunun qurulmasına yönəldib və Nyu-York, İndiana, Luiziana və Texasda məlumat mərkəzləri üçün çoxillik icarə müqavilələri imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin