Kiyevin azərbaycanlı qubernatoru Ukraynadakı səfirimizlə görüşdü – VİDEO

Hazırda oxunan: Kiyevin azərbaycanlı qubernatoru Ukraynadakı səfirimizlə görüşdü – VİDEO

635993

Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Seymur Mərdəliyev Kiyev Vilayət Dövlət Administrasiyasının rəhbəri (qubernatoru) Teymur Tkaçenko ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Tkaçenko sosial şəbəkə hesabında məlumat verib.

“Kiyev vilayəti üçün tərəfdaşlıq əlaqələrini genişləndirməyə davam edirik. Bu gün Azərbaycanın səfiri Seymur Mərdəliyevlə görüşdüm.

Azərbaycan regionumuza əhəmiyyətli dərəcədə yardım göstərir. Bu yardımlar xüsusilə İrpin şəhərində özünü büruzə verir; orada tərəfdaşlarımızın köməyi ilə Zərifə Əliyeva adına "Linqvist" Liseyini müasir sığınacaqla təchiz olunmuş şəkildə yenidən inşa etdik və şəhər ambulatoriyasını təmir edə bildik.
 

Bu tipli daha çox layihə hazırlanmaqdadır. Biz bu təşəbbüsləri, digər icmalara göstərilən yardımları və Kiyev vilayətində qış mövsümünə hazırlıq məsələlərini müzakirə etdik.


Həlak olmuş hərbçilərin və polis əməkdaşlarının, eləcə də hazırda əsirlikdə olan və ya bu yaxınlarda azad edilmiş hərbi qulluqçuların övladlarına yönəlmiş yardım proqramına görə səfirə xüsusi minnətdarlığımı bildirdim. Tezliklə Kiyev vilayətindən olan uşaqlardan ibarət bir qrup istirahət etmək və reabilitasiya keçmək üçün iki həftəlik səfər çərçivəsində Qəbələyə yola düşəcək.

Etibarlı tərəfdaşlığa və insanların həyatında həqiqətən müsbət dəyişikliklər yaradan dəstəyə görə Azərbaycana təşəkkür edirəm”, qubernator paylaşımında qeyd edib.

Xatırladaq ki, 1989-cu il avqustun 18-də Kiyevdə anadan olan Tkaçenkonun ailə kökləri Azərbaycana – Şəmkir rayonuna gedib çıxır. Atası Firudin Məmmədov Ukraynadakı Azərbaycan diasporunun tanınmış və fəal nümayəndələrindən olub. Teymur Tkaçenko (Məmmədov) iyulun 22-də Kiyev Vilayət Dövlət Administrasiyasının rəhbəri (qubernatoru) təyin olunub. O daha əvvəl Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri vəzifəsini icra edirdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin