Pənah Hüseyn İctimai Palatanın aqibəti haqqında danışmaq istəmir

Hazırda oxunan: Pənah Hüseyn İctimai Palatanın aqibəti haqqında danışmaq istəmir

38739

İctimai Palatanın öz missiyasını başa vurduğu və artıq məlum qurumun fəaliyyətinə ehtiyac qalmadığı ilə bağlı səslənən fikirlərin sayı artmaqdadır. Xüsusilə, AXCP yetkililərinin bir çoxu Milli Şuranın müxalif qüvvələrin əsas güc mərkəzinə çevrildiyi indiki məqamda İctimai Palatanın fəaliyyətinə lüzum qalmadığını iddia edir. Bununla bağlı Moderator.az-ın sualnı cavablandıran AXP sədri Pənah Hüseyn İctimai Palatanın aqibəti ilə bağlı bugünə qədər səsləndirdiyi fikirlərə heç bir əlavəsi olmadığını qeyd etdi: “Mən bununla bağlı bu vaxta qədər kifayət qədər açıqlama vermişəm. Verdiyim açıqlamalara heç bir əlavəm yoxdur”.

Məlumat üçün qeyd edək ki, AXP sədri bir müddət bundan öncə “Yeni Müsavat” qəzetinə açıqlamasında Milli Şura və İctimai Palatanın paralel fəaliyyətinə ehtiyac qalmadığını bildirib: “Milli Şura və İctimai Palatanın qarşısına qoyduğu məqsəd və vəzifələr, eyni zamanda tərkibi əsasən üst-üstə düşdüyü üçün bu qurumların paralel fəaliyyət göstərməsində məqsədəuyğunluq qalmır. Amma təbii ki,  qərarları konkret müvafiq qurumlar qəbul edir. İP Koordinasiya Şurasının, məndə olan məlumata görə, yaxın günlərdə toplantısı olacaq. İctimai Palatanın fəaliyyətinə xitam verilməsi məsələsinin  orada qaldırılması və ya müzakirə edilməsi də tamamilə mümkündür. Mən şəxsən hesab edirəm ki, indiki şəraitdə bu, doğru olar”.

 

Seymur Əliyev

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin