Ermənistanda müxalifətin sosial tələblər əsasında keçirdiyi aksiyalar bugünlərdə yeni mərhələyə qədəm qoyub. Küçə və yolları bağlayan erməni müxalifəti hakimiyyətdən talançılıq siyasətinə son qoymağı tələb edir.
Maraqlıdır, demokratiyaya dəstək və siyasi mədəniyyət baxımından Azərbaycan müxalifətinin erməni müxalifətinə dəstək ifadə etməsi mümkün və məqbuldurmu?
Bununla bağlı Moderator.az-a açlıqlama verən “Turan”x9d İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bunun hər iki ölkə müxalifətinə zərər vura biləcəyini bildirdi:
“Buna heç bir ehtiyac yoxdur. Nə Ermənistan, nə də Azərbaycan tərəfi bunun olmasını istəyər. Çünki hər iki tərəf buna siyasi don geyindirər. Nəticədə, hər iki ölkənin müxalifəti bundan böyük zərər görər”x9d.
xa0
Seymur Əliyev

































































































