Keçmiş deputata ağır itki üz verdi

Hazırda oxunan: Keçmiş deputata ağır itki üz verdi

82459
Müsavat Partiyasının sabiq Məclis sədri, keçmiş deputat Arzu Səmədbəylinin anası Nabat xanım bu gün vəfat edib. Bu varədə Musavat.com-a A.Səmədbəylinin yaxın dostlarından biri xəbər verib.
Onun sözlərinə görə, bir müddət imiş ki, ahıl mərhumənin səhhətində problem varmış.

Verilən xəbərə görə, mərhumənin hüzr məclisi bu gün saat 7-dən etibarən Arzu Səmədbəylinin evi yerləşən binanın həyətində olacaq. Xatırladaq ki, həmin bina 8-ci mikrorayon ərazisindəki "Bolluq" bazarının arxasında, "Azadlıq prospekti" metrostansiyasının yaxınlığındadır.

Allah rəhmət eləsin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin