Aslan İsmayılov: “Villaların söküntüsü dayanıb”x9d - AUDİO

Hazırda oxunan: Aslan İsmayılov: “Villaların söküntüsü dayanıb”x9d - AUDİO

79660
Bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı zamanı söküntüsünə toxunduğu villalarla bağlı yenidən gündəm yaranıb. Belə ki, hüquq müdafiəçisi Aslan İsmayılov Azadlıq Radiosunun sualına cavab verərkən bildirib ki, iki gündür söküntünün olmadığını deyib: "Çox böyük ehtimal ki, həmin villalar sökülməyəcək. Həmin villaların sahibləri sadə vətəndaşlar olsaydı çoxdan şumlamışdılar. Amma deyirlər ki, o villarlar DİN-nin generallarının, icra başçılarının və digər yüksək vəzifəlilərindir. Problemin kökü korrupsiyadır. İkinci məsələ də prezident çıxış edir. Bir-iki ay kampaniya aparırlar sonra hər şey qayıdır öz yerinə. Çünki, Azərbaycanda həqiqətən də problem həll etmək istəmirlər. Ölkədə bir dənə də olsun normal park yoxdur. H.Əliyev sarayının qarşısı parkdır deyir. Haram xoşları olsun büdcədən pul oğurlamaq istəyirlər, oğurlasınlar. Harda görünüb, parkı mərmər etsinlər? Yayda sərinləmək üçün parkda oturmaq istəyirsən, gündən qızmış daşlar adamı bişirir. Bu Fəvvarələr Meydanında belədir, digər yerlərdə də. Bütün yaşıllığı məhv ediblər. Bax, əsas məsuliyyəti buna imkan yaradan icra məmurları daşıyır. Bu gün Bakıda bir dənə də olsun yaşıllıq qalmayıb."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin