Metro ilə gedənlərə müjdə

Hazırda oxunan: Metro ilə gedənlərə müjdə

66804
“Bakı Metropoliteni”x9d QSC 2015-ci il ərzində “Elmlər Akademiyası”x9d stansiyasının ikinci çıxışını istismara verməyi planlaşdırır. 

ANS PRESS-in məlumatına görə, bu barədə Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

N.Paşayev qeyd edib ki, stansiyanın əlavə çıxışının tikintisi üzrə əsas işlər, demək olar, başa çatıb: "Obyektin bu ilin sonunadək istismara verilməsi planlaşdırılır, lakin dəqiq tarix barədə danışmaq hələ tezdir".

Onun sözlərinə görə, hazırda zəruri avadanlıqlar quraşdırılır, infrastruktur yaradılır, bütün lazımi sistemlər təşkil olunur.

“Elmlər Akademiyası”x9d stansiyasının ikinci çıxışı Bakı Dövlət Universitetinin yaxınlığında yerləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin