Gürcü səfir Borçalı Cəmiyyətində...

Hazırda oxunan: Gürcü səfir Borçalı Cəmiyyətində...

63750
“Borçalı”x9d İctimai Cəmiyyətinin Mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze “Borçalı”x9d Cəmiyyətinin İdarə Heyəti yaranmış durumu müzakirə etmək üçün İdarə Heyətinin üzvləri Akademik Ramiz Məmmədov, professor Ramiz Məmmədov, Firudin İsmayılov, Qivi Paçxataşvili, Salman Murğuzlu və Zəlimxan Məmmədlidən ibarət  heyət tərəfindən qəbul etmişdir.
 
Görüşdə son zamanlar “Borçalı”x9d Cəmiyyətinin bəzi üzvlərinin Gürcüstana buraxılmaması, soydaşlarımızın problemləri, gələcəkdə qarşılıqlı əlaqələr haqqında fikir mübadiləsi aparılmışdır. Səfir baş verənlərdən narahatlıq ifadə edərək, qarşılıqlı əlaqələrin faydalı olacağını ifadə etmişdir. Görüşdə Səfirliyin digər əlaqədar səlahiyyətliləri də iştirak etmişdir. 
Görüş sağlam atmosferdə və qarşılıqlı anlaşma şəraitində keçmişdir.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin