Müsavat partiyasından birmənalı qarşılanmayacaq yeni xəbərlər sızmaqdadır. Moderator.az-ın əldə etdiyi məlumata görə, partiyada Qubad İbadoğluya bağlı qüvvələr sıxışdırılır, fəallardan bəziləri partiya sıralarından xaric edilir. Bir müddət əvvəl Qubad İbadoğlu tərəfindən partiyadaxili repressiya kimi qiymətləndirilən belə hadisələrdən iki bu yaxınlarda baş verib. Bildirilir ki, partiyanın Sumqayıt şəhər təşkilatının şura üzvü, 2003-cü il hadisləri zamanı həbs olunan Ənvər Əhməd rayon təşkilatının İdarə Heyətinə çağrılaraq yazılarına görə təhbeh olunub. Hətta ona töhmət veriblər və bu hal təkrarlanarsa partiyadan atılacağını bildiriblər. Ənvər Əhmədin günahı öz yazılarında açıq şəkildə Qubad İbadoğlunu müdafiə etməsi, partiya daxilində arzuolunmaz hadisələrə qarşı çıxması olub. O, həmçinin Qubadlı rayon təşkilatının keçmiş funksioneri Məhəbbət Muradın partiya sıralarından uzaqlaşdırılmasına qarşı kəskin mövqeyi ilə seçilirmiş.
Aldığımız digər məlumata görə, partiyanın
Qaradağ rayon təşkilatında da eyni repressiv tədbirlərə əl atılıb. Təşkilatın fəal
üzvü Kamil Xəlilbəyli də Ənvər Əhməd kimi təhbehə məruz qalanlardandır. Fəqət
o, Ənvər Əhməq qədər şanslı olmayıb. Müsavatçı heç bir xəbərdarlıq etmədən
partiyadan uzaqlaşdırılıb. Maraqlıdır ki, bu tədbir Müsavat MNTK tərəfindən həyata
keçirilib.
Mənbənin bildirdiyinə görə, Kamil bəyin məsələsinə
mərkəzdə baxılması heç də səbəbsiz deyilmiş. Qaradağ rayon təşkilatının seçkili
orqanlarında Qubad İbadoğlu tərəfdarlarının çoxluğu partiya fəalının taleyinə
rayon çərçivəsində aydınlıq gətirməyə imkan verməyib. Odur ki, bu məsələni Arif
Hacılı tərəfdarları MNTK-da öz xeyirlərinə həll edib.
Arif Hacılının rəhbərliyi altında fəaliyyət
göstərən Müsavat Partiyası YAP-sayağı metodlardan istifadə etməyə başlayıb. Hər
halda bizə ötürülən məlumatdan belə çıxır. Mənbənin dediyinə görə, partiyanın Mərkəzi
aparatının üzvləri rayonlara səfər edir, yerlərdəki “zəhmətkeş”x9d müsavatçılar
adından məktublar yazdırılıb mərkəzi qərargaha göndərirlər. Bu “zəhmətkeş”x9d məktublarında
“anti-müsavatçı ünsürlər”x9d barəsində ölçü götürülməsi xahiş və tələb olunur. Mərkəzi
aparat da məhz bu xahiş və tələblərə istinad edərək müəyyən qərarlar
çıxarırlar.




































































































