Moderator.az xəbər verir ki, sabiq millət vəkili, iqtisadçı ekspert Nazim Məmmədov Polşanın Krınitsa kurort şəhərində keçirilən ənənəvi İqtisadi Forumda iştirak etmək üün sentyabrın 1-dən 8-nə qədər bu ölkədə səfərdə olacaq. Dövlət və hökumət başçılarının, nazirlərin, deputatların, tanınmış iqtisadçıların, siyasətçilərin iştirak etdiyi 2-ci Davos adlandırılan Forum Avropa Birliyinin təşkilatçılığı ilə keçirilir, 3 mindən yuxarı iştirakçısı olur. Bu il əsas mövzular Avropa Birliyinin Şərq Tərəfdaşlığı layihəsi, Rusiyanın Ukraynaya təcavüzü, Avrasiya Birliyi, enerji layihələri və s. müzakirə olunacaq.

































































































