Almaniyada müalicə kursu keçirən Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas Əlövsət Əliyev cəbhədəki son itkilərimizi və şəhidlərimizin dəfn mərasimlərinin təşkilini qınayır.
Moderator.az-a açıqlamasında hüquqşünas deyir ki, əslində başqa cür addım atılmalıydı:
“Təsəvvür edirsiniz, Azərbaycanda MTN-də, DİN də, Vergilər Nazirliyi də. Maliyyə Nazirliyi də, az qala Ədliyyə Nazirliyi və Müdafiə Nazirliyi də QHT-lərə hücuma keçiblər. Ona görə də ölkənin müdafiəsi yaddan çıxıb. Müharibə vəziyyətində olan ölkələrdə belə hallar baş verə bilər. Amma baş verənləri gizlətmək cinayətdir.
Hesab edirəm ki, ümumi dəfn mərasimi olmalıydı, beynəlxalq təşkilatlarin, səfirliklərin diqqəti bu məsələyə cəlb olunmalıydı.Mən belə məsələlərə görə hakimiyyətdə olanların dövlətçiliyə xidmət etmələrinə bəzən şübhə ilə yanaşıram”.


























































































