Əlövsət Əliyevdən Readmissiya haqqında maraqlı təhlil

Hazırda oxunan: Əlövsət Əliyevdən Readmissiya haqqında maraqlı təhlil

48481

Azərbaycan Höküməti  Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında viza rejiminin sadələşdirilməsi və "Avropa İttifaqı ölkələrində qanunsuz yaşayan şəxslərin readmissiyası haqqında" sazişlərin 2014-cü ilin sentyabr ayına kimi qüvvəyə minəcəyini bəyan etdikdən  sonra Azərbaycan Miqrasiya Mərkəzi İctima Birliyinə  və şəxsən  mənə Aİ üzv ölkələrində yaşayan  vətəndaşlarımızdan və ya onların ailə üzvlərindən  daxil olan müraciətlərin sayı xeylı artmışdır.

Həmin müraciətlərin əksəriyyətində Sazişin  Azərbaycan dilinə tərcümə edilmədiyi, ictimayyətin bu barədə məlumatlandırılmadıgı, sənədin konkret kimlərə tətbiq olunacagı haqda məlumatların  əl çatan olmadıgı göstərilir.

Azərbaycan tərəfi bu sazişlə  Aİ ölkələrinə qanunsuz gedən və bu ölkələrdə qanunsuz yaşayan Azərbaycan vətəndaşlarını, habelə, Azərbaycanda  yaşamaq üçün  icazəsi və ya vizası olan, Azərbaycan ərazisi vasitəsilə Aİ ərazisinə daxil olan üçüncü ölkələrin vətəndaşları və  vətəndaşlığı olmayan şəxslərin ölkəyə qaytarılması   öhdəliyini  götürüb.

Moderator.az vasitəsilə oxuculara təqdim olunan bu yazıda daha çox sazişin Azərbaycan vətəndaşlarında şamil olacaq bəndlərinə aydınliq gətirməyə calışdım.

Azərbaycan Hökümətinin readmissiya ilə baglı vəzifələri

       Azərbaycan tərəfi bu sazişlə  Aİ ölkələrinə qanunsuz gedən və bu ölkələrdə qanunsuz yaşayan Azərbaycan vətəndaşlarını, habelə, Azərbaycanda  yaşamaq üçün  icazəsi və ya vizası olan, Azərbaycan ərazisi vasitəsilə Aİ ərazisinə daxil olan üçüncü ölkələrin vətəndaşları və  vətəndaşlığı olmayan şəxslərin ölkəyə qaytarılması   öhdəliyini  götürüb.

Aİ ölkələrində qanunsuz yaşayan şəxslər dedikdə   “yaşayış üçün icazə”si olmayan şəxslər nəzərdə tutulur. Bu sazişdə  "Yaşayış üçün icazə” dedikdə  Azərbyacan Respublikası və ya üzv dövlət tərəfindən şəxsə  yaşayış üçün icazənin hər hansı bir  formasının verilməsi nəzərdə tutulur. Bu anlayış viza əsasında müvəqqəti ğəlmiş, müəqqəti icazə almış, qacqın statusu almaq üçün, ya da müvəqqəti yaşamnaq üçün müraciət edən və müraciəti baxılmaqda olan  şəxslərə aid ola bilməz.

Azərbaycan Respublikası üzv dövlətin vəsatəti əsasında və Sazişin müəyyən etdiyi prosedura uygun olaraq, bu Sazişlə nəzəzrdə tutulmuş əsaslarla Azərbaycan Respublikasının vətəndaşı hesab edilən  istənilən şəxsi qəbul edir. Burada ona görə “Azərbaycan Respublikasının vətəndaşı hesab edilən  istənilən şəxs” ifadəsi işlədilmişdir ki, hazırda Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi  və ya pasportu olmayan,  lakin, qanuna ğörə Azərbaycan vətəndaşı hesab edilən və ya Azərbaycan vətəndaşı olmuş şəxslərin qaytarılmasından Azərbaycan Respublikası imtina edə bilməsin. Bu anlayış imkan verir ki, Sazişin müəyyən etdiyi bu qayda  həm də,  indi sənədsiz və ya vətəndaşlıgı olmayan şəxs olan, lakin ərazisində yaşadıqları ölkəyə ğəldikləri zaman Azərbaycan Respublikasının vətəndaşı olmuş,  sonradan, rəsmi qaydada Azərbaycan Respublikasının vətəndaşlıgından  cıxan və ya Azərbaycan Respublikasının vətəndaşı olmamagı haqqında müvafiq dövlət orqanından “arayış” alaraq təqdim edənlər, ərazisində olduqları ölkənin vətəndaşlıgını qəbul edə bilməyən və ya həmin ölkədə daimi yaşamaq hüququnu ala bilməyən şəxslərərə də tətbiq olunsun.

Göründüyü kimi readmissiya üçün əsas şərtlərdən birincisi şəxsin vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə baglıdır. Onun ücün də vəsatət verən müvafiq dövlət orqani ilk növbədə barəsində vəsatət qaldırdıgı şəxsin vətəndaşlıq mənsubiyyətinin sübut olunmasına nail olmalıdır.Vətəndaşlıq mənsubiyyətinin sübut olunması üçün isə  sazişlə müəyyən edilmiş sənədələrdən hec olmasa birinin təqdim olunması zəruridir.

Sazişə ğörə vətəndaşlıgı sübut  edən sənədlər aşagıdakılardır:

”¢       Azərbaycan Respublikası vətəndaşının pasportlarından hər hansi biri (ümumvətəndaşlıq pasportu, xidməti pasport, diplomatik pasport,  pasportu müvəqqəti əvəz edən sənəd, eyni zamanda uşqalara verilən pasportlar).

”¢       Azərbaycan Respublikası vətəndaşının qayıdış şəhadətnaməsi.

”¢       Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ya müvəqqəti şəxsiyyət vəsiqəsi.

”¢       Dogum haqqında şəhadətnamə.

”¢       Xidməti kitabçalar (məsələn hərbicilərin hərbi biletləri).

”¢       Dənizci kitabçası.

Yuxarıda qeyd olunan sənədlərdən birinin təqdim olunması həmin şəxsin  Azərbaycan Respublikası vətəndaşı olmasını sübut edir  və bu halda  digər sübutlar tələb olunmalı deyil. Qeyd olunan sənədlərdən hər hansi biri təqdim olunursa və təqdim olunan sənədin etibarlılıq müddəti bitmiş olsa da o həmin sənəd  vətəndaşlıgı təsdiq edən sənəd hesab olunur. 

        Saziş eyni zamanda vətəndaşlıq mənsubiyyıtinin sübut edilməsi üçün yanakı sübütların da siyahisini dəqiqləşdirmişdir və bunlar aşagıdakılardan ibarətdir:

”¢       Yuxarıda göstərilən Azərbaycan Respubluikaslı vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərdən hər hansı birinin fotosürəti.

”¢       Prosedurun sürətlənməsi üçün readmisiyaya məruz qalan şəxsin sərhədi kecməsi faktini təsdiq edən  Dövlət Sərhəd Xidməti əməkdaşının və onunla birgə sərhədi keçən şahidlərin rəsmi Ərizələri.

Sazişə ğörə aşagıdakı sənədlər təqdim olunacagı halda Azərbaycan Respublikası və üzv dövlət vətəndaşlıq mənsubiyyətinin araşdırılması və müəyyənləşdirilməsi üçün əsasların olmasını qəbul edir və bu sahədə araşdırmya başlayacaq:

”¢       Sürücülük vəsiqəsi və ya onların fotosurətləri.

”¢       Xahiş edilən dövlətin hakimiyyət orqanları tərəfindən  verilmiş  istənilən rəsmi sənəd.

”¢       Xidməti vəsiqə bə ya onun fotosurəti.

”¢       Şahidin rəsmi ərizəsi.

”¢       Şəxsin özünün danışdıgı dildə rəsmi ərizəsi, rəsmi testin cavablarının da əlavə olunması şərtilə.

      Yuxarıda göstərilən  sənədlərdən hec birini müəyyən etmək mümkün olmadıgı halda,  Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsullugu üzv  dövlətin müvafiq orqanları ilə readmissiya edilməli olan şəxsin şəxsiyyətinin və vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması üçün onunla müsahibənin aparılmasını təşkil edir. Bu cür müsahibələrin aparılması  Qaydaları sazişlə təsdiq olunan Xüsusi Protokolla müəyyən edilən  qaydalara  uygun aparılmalıdır.

 Azərbaycan Respublikası readmissiya haqqında vəsatətə  müsbət cavab verdikdən sonra, Azərbaycan Respublikasının  müvafiq diplomatik nümayəndəliyi və ya konsullugu  readmissiya üçün təklif olunan şəxsin iradəsindən aslı olmayaraq, tələb olunan anda şəxsin qayıdışını təmin etmək hüququ verən və  etibarlılıq müddəti 30 gün göstərilən qayıdış  sənədini (aşagıda bu sənəd və onun verilməsi qaydası haqqında ətraflı yazılıb) müvafiq dövlət orqanından qəbul edir. Əgər bu və ya digər səbəblərdən bu sənədin etibarlılıq müddəti ərzində şəxsi  müvafiq orqanlara təqdim etmək mümkün olmadıqda, yenidən müvafiq orqan həmin müddətə ölkədən getmək hüququ verən yenı sənəd  tərtib etməklə müvafiq orqana təqdim etməlidir.

 Readmisiya haqqında vəsatət

Readmissiyası nəzərdə tutulan şəxslə baglı müqavilənin müəyyən etdiya qaydada şəxsin readmissiyası ilə baglı ölkənin müəyyən etdiyi  səlahiyyətli dövlət orqanına mütləq müraciət olunacaq. Bu halda səlahiyyətli dövlət orqanı kimi Azərbaycanın diplomatik nümayəndəliyi və konsulluq orqanları və mümkündür ki eyni zamanda  Miqrasiya Xidməti də nəzərdə tutulacaq.

 Əgər şəxs sorgu edilən dövlətin sərhədyanı ərazilərində tutulubsa, bu halda təcilli readmissiya prosedurundan istifadə olunacaq və təcilli edilən sorgu əsasında tutuldugu gündən iki iş günü ərzində həmin ölkəyə qaytarəlması təmin ediləcək.

Readmissiya haqqında istənilən müraciət aşagıdakı məzmuna uygun olmalıdır:

 a) sorgu edilən şəxs haqqında məlumatlar (məsələn; ad, soyad, dogum tarixi və imkan oldugu halda doguldugu və sonuncu yaşayış yeri);

b) vətəndaşlıq mənsubiyyəti haqqında sübut, qanunsuz gəlməsi və yaşamasını sübut edən faktlar,  habelə readmissiya əsas olan ücüncü ölkə vətəndaşlarının və ya vətəndaşlıgı olmayan şəxsin sazişə uygun qaytarılması əsasları.

İmkan daxilində readmissiya haqqında vəsatət  aşagıdakı məlumatları da məzmununda əks etdirməlidir:

a) readmissiyaya məruz qalacaq şəxsin ərizəsi əsasında hazırlanmış və şəxsin verilməsi prosesində xüsusi  yardıma və köməyə ehtiyacı olmasını təsdiq edən müraciət;

b) readmissiyaya məruz qalmış şəxsin verilməsi zamanı  təhlükəsizliyin təmin olunması üçün şəxsin xarakterinə uygun olan zəruri məlumatlar.

Readmissiya haqqında vəsadətə yazılı formada cavab verilir.

 Ã–lkəyə girişin, gəlişin və yaşayışın qanunsuzlugunu sorgu edən dövlərin ərazisində yaşaması üçün şəxsin müvafiq yol sənədində zəruri vizasının və ya yaşamaga icazəsinin olmamagı ilə müəyyən olunur.  

Müvafiq səlahiyyətli orqan qarşısında  Readmissiya haqqında vəsatət qaldıran orqan  readmissiya tətbiq olunmalı olan ücüncü ölkə vətəndaşının və ya vətəndaşlıgı olmayan şəxsin ölkəyə daxil olmaq, ğəlmək və yaşamaq qaydalarını pozulması müəyyən edildiyi gündən 180 təqvim  günü müddətində qaldırılmalıdır.

 Readmissiya haqqında vəsadətə cavab vəsatətin qeydə alındıgı gündən 25 təqvim günündən  gec olmamaq şərtilə verilməlidir. Sazişin konkret icra protokolları əsasında davam edən  danışıqlara xələl gətirməmək şərtiylə edilən sorgulara 60 təqvim günü ərzində cavab verilməlidir.

Sazişin müəyyən etdiyi qaydada qaldırılan vəsatətə nəzərdə tutulan müddətlərə əməl edilmədikdə və ya cavab verilmədikdə readmissiya haqqında saziş razılaşdıərılmış hesab edilir.

Readmissiyaya tətbiq olunmalı olan şəxs 90 təqvim günü ərzində ölkədən çıxarılmalıdır.

Saziş eyni zamanda bəzi prosedurların icra qaydalarını müəyyən etmək üçün icra protokolları müəyyən edib.

Azərbaycan Respublikası İcra protokollarını aşagıdakı sahələr üzrə nəzərdə tutub:

a) sərhəd buraxılış məntəqələri vasitəesilə müvafiq dillərdə məlumat mübadilərinin aparılması;

b) readmisiyanın sürətləndirilmiş prosedurlarla təmin edilməsi;

c) readmisiya tətbiq olunan şəxsin  xüsusi müşayət olunmasının təmin olunmas ilə baglı;

d) Sübutlara və sənədlərə əlavələrin əldə olunması üçün;

e) Readmissiya tətqiq olunacaq şəxslə müsahibənin aparılması qaydasinin müəyyən olunması üçün;

f) zəruri hallarda readmisiya ilə baglı müddətlərin müzakirəsi ilə baglı.

2. icra protokolları müvafiq sahə uzrə Komitə məlumatlandırılandan sonra quvvəyə minir.

Müxtəlif səbəblərdən readmissiyanın təxirə salınması zamanı onun səbəbləri  ğöstərilməlidir.

                                       

                                       Verilmənin şərtləri və nəqliyyat növləri

 Azərbaycan Respublikasının müvafiq orqanına əvvəlcədən  şəxsun verilmə tarixi, yeri, sərhəd buraxılış məntəqəsinin dəqiq adı və yeri, tarixi və təqdim edəcək şəxslər haqqında məlumat verilməlidir.

Şəxsin təhfil verilməsi üçün nəqliyyatın istənilən növündən, hava, quru və dəniz nəqliyyatından istifadə oluna bilər və heç bir məhdudiyyət qoyulmur.

                   Beləliklə apardıgımız təhlillə müəyyən etdik ki, qanunsuz miqrasiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədi imzalanan bu sazişdə əslində vətəndaşlıqla baglı Azərvbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan bəzi sahələrin tənzimlənməsi qaydaları da nəzərdə tutulmuşdur.

                 Səlahiyyətli orqanlar Sazişin vətəndaılar tərəfindən öyrənilməsinə maraq göstərməsə də bu kicik yazının maraqlananlara azca da olsa tohfə verəcəyinə inanıram.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin