9 May Gəncədə də qeyd edilib - FOTO

Hazırda oxunan: 9 May Gəncədə də qeyd edilib - FOTO

45856

Moderator.az xəbər verir ki, bu gün Gəncədə faşizm üzərində qələbənin ildönümü təntənə ilə qeyd edilib. Müharibə veteranları və şəhər ictimaiyyətinin nümayəndələri əvvəlcə İkinci Dünya müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidə kompleksinin önünə çələng və gül dəstələri qoyublar.

Tədbir daha sonra şəhərin Xan bağında davam etdirilib. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, struktur rəhbərləri, şəhərdə fəaliyyət göstərərn kollektivlərin nümayəndələri və şəhər sakinləri də tədbirə qatılıblar. Öncə məktəblilərin faşizm üzərində qələbənin 69-cu ildönümü və Ümummilli Liider Heydər Əliyevin 91 illik yubileyinə həsr edilmiş rəsm əsərlərindən ibarət sərgilərinə baxış keçirilib.

Bayram tədbiri Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun qəbirüstü abidəsi önündə davam etdirilib. Qələbənin şanlı tarixinə nəzər salınıb. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev İlk Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun abidəsi önünə əklil qoyub. Onun ruhuna hörmət əlaməti olaraq baş əyib. Daha sonra rəhbər şəxslər və şəhər sakinləri İsrafil Məmmədov abidəsi önünüə gül dəstələri qoyublar. Havaya yaylım atəşi açılıb.

Veteranlarla xatirə şəkilləri çəkdirən Elmar Vəliyev onların ailə məişət problemləri və qayğıları ilə maraqlanıb. Veteranlar ölkə başçısı tərəfindən onlara ayrılan birdəfəlik maddi yarıma görə təşəkkürlərini prezidentə çatdırmalarını icra başçısından xahiş ediblər. Bayram tədbiri “Gənc şahinlər” hərbi idman oyunlarının iştirakçıları olan məktəblilərin təntənəli keçidi ilə davam etdirilıb. Xan bağında şəhərin musiqi kollektivlərinin musiqili çıxışları da maraqla qarşılanıb.

9 May Gəncədə də qeyd edilib <i style=- FOTO" src="//old.moderator.az/fotobaza/original/1305.jpg">9 May Gəncədə də qeyd edilib <i style=- FOTO" src="//old.moderator.az/fotobaza/original/1306.jpg">9 May Gəncədə də qeyd edilib <i style=- FOTO" src="//old.moderator.az/fotobaza/original/1307.jpg">9 May Gəncədə də qeyd edilib <i style=- FOTO" src="//old.moderator.az/fotobaza/original/1308.jpg">9 May Gəncədə də qeyd edilib <i style=- FOTO" src="//old.moderator.az/fotobaza/original/1309.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin