Mahmud Hacıyev: “Azərbaycanda qanunlar 50-nin 50-yə nisbətində belə işləmir”

Hazırda oxunan: Mahmud Hacıyev: “Azərbaycanda qanunlar 50-nin 50-yə nisbətində belə işləmir”

43619

“Son günlər vətəndaşların mülkiyyət və  s. hüququnun pozulması fonunda konstitusiya sözü cəmiyyətin leksikonunda ən çox işlənən ifadələrdən birinə çevrilib”.

Bunu Moderator.az-a açıqlamasında sabiq polis rəisi, tanınmış hüquqşünas Mahmud Hacıyev bildirib. Ekspertin sözlərinə görə, Azərbaycanda konstitusiya işləmədiyi üçün ondan bu qədər çox bəhs edilir:

“ Hansı ölkədə ki, qanunlar heç olmasa 50-nn 50-yə nisbətində işləyir, o zaman orada konstitusiya da işləyir. Bu səbəbdən də orada konstitusiya söhbətlərinə rast gəlmək olmur. Hansı ölkələrdə ki, qanunlar işləmir, konstitusiya işləmir, bu ölkələrdə bütün gün telekanallardan tutmuş müstəqil hüquqşünaslara, sadə vətəndaşlara qədər hər kəs konstitusiya hüquqlarından danışır. Bu gün Azərbaycanda da konstitusiya söhbətlərinin bitib-tükənməməsi qanunların işləməməyi ilə bağlıdır. Qanunalrın işləmədiyi bir ölkədə konstitusiya müddəalarının işləməsi mümkünsüzdür. Azərbaycanda konstitusiya işləmədiyi üçün onun haqqında bu qədər çox danışılır. Bu danışıqların da heç bir effekti olmur”.

 

Seymur Əliyev


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin