AHİK Qarabağ əlilinin ailəsinə hər ay 1500 manat ödəyəcək

Hazırda oxunan: AHİK Qarabağ əlilinin ailəsinə hər ay 1500 manat ödəyəcək

38987
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası (AHİK) özünü yandıran II qrup Qarabağ əlili Zaur Həsənovla bağlı qərar qəbul edib. Moderator.az-ın  APA-ya istinadən verdiyi məlumata görə, Konfederasiyanın sədri, millət vəkili Səttar Mehbalıyev bildirib ki, qərara əsasən, Z. Həsənovun ailəsinə övladları yetkinlik yaşına çatana qədər AHİK tərəfindən hər ay 1500 manat vəsait ödəniləcək. Bundan başqa, zərurət yaranacağı təqdirdə Z. Həsənovun xaricdə müalicəsini, ailə üzvlərinin işlə təminatını da konfederasiya öz üzərinə götürüb.

Z. Həsənovun müsadirə olunmuş mülkinə gəldikdə, S. Mehbalıyev bildirib ki, həmin işlə bağlı məhkəmə qərarı var: “Biz məhkəmənin qərarına müdaxilə edə, onu dəyişdirə bilmərik”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin