Bu saatlarda “El” Hərəkatı ilə REAL arasında məxfi danışıqlar başlayıb
Avropa.info-nun etibarlı mənbələrdən əldə etdiyi xəbərə görə, bu saatlarda “El” Hərəkatının rəhbərliyi ilə “Respublikaçı Alterativ” Hərəkatının rəhbərliyi arasında görüş keçirilir. Toplantı mətbuata qapalı şəraitdə aparılır. Tərəflər əsasən gələcək əməkdaşlıq, ölkədəki ictimai-siyasi vəziyyət, qarşıda duran işlər haqda fikir mübadiləsi aparırlar.
Görüşdə hər iki təşkilatın rəhbər şəxslərinin iştirak etdiyi deyilir. Hazırda müzakirələrin davam etdiyi bildirilir.
Danışıqlarda Eldar Namazov, Erkin Qədirli, Natiq Cəfərli, Zəfər Quliyev və digər şəxslər iştirak edir.




































































































