Vəkili Pərviz Həşimli ilə görüşdü

Hazırda oxunan: Vəkili Pərviz Həşimli ilə görüşdü

38506
Dekabrın 17-də vəkil Yalçın İmanov MTN-in istintaq təcridxanasında jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimli ilə görüşüb.

Yalçın İmanov “Media forum” saytına deyib ki, Pərviz Həşimliyə psixoloji-mənəvi təzyiqlər, ailə üzvləri ilə görüşə icazə verilməməsi, telefon danışıqlarının olmaması, dövrü mətbuatla təmin edilməməsi problemləri davam edir: “Onu narahat edən ən vacib məsələ istintaqın ləng getməsidir. İstəyir ki, istintaq sürətləndirilsin və iş məhkəməyə göndərilsin.

Pərviz Həşimli qeyd etdi ki, MTN-in son vaxtlar həbs etdiyi 20-30 nəfər məhbusu Bakı İstintaq Təcridxanasına köçürüblər. Haqlı sual edir ki, nəyə görə başqa adamlar Bakı İstintaq Təcridxanasına köçürülür, amma o, MTN-də saxlanır? Əslində bunun da cavabı var. Pərvizi mənəvi psixoloji təzyiq mühitində saxlayıb istintaqın istədiyi ifadəyə məcbur etmək istəyirlər.

Pərviz Həşimli belə bir mesaj göndərdi ki, mən siyasi rəhbərliyin iradəsi ilə həbs olunmuşam, amma qeyri-insani işgəncə mühitində saxlanmağımın hansısa bir göstərişlə bağlı olmasına inanmıram”.

Pərviz Həşimli sentyabrın 17-də digər Azərbaycan vətəndaşı Təvəkkül Qurbanovla birgə tutulub. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi onlara odlu silahın və döyüş sursatının qaçaqmalçılığı, odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma ittihamları ilə cinayət işinə başlayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin