Prezident seçkisini
işıqlandırmaq üçün 70-ə yaxın xarici ölkə jurnalisti Mərkəzi Seçki
Komissiyasında (MSK) akkreditə olunub.
Bu
barədə oktyabrın 5-də MSK-ya istinadən AzərTAc məlumat yayıb.
MSK-da akkreditə olunmuş xarici jurnalistlərin sırasında
Türkiyənin TRT, Almaniyanın ARD, Rusiyanın «Russia Today» telekanallarının,
«Bloomberg News», «Reuters», ITAR-TASS, «Sinxua», «Avropa Pressfoto», «Cihan»
xəbər agentliklərinin, «Vesti Seqodnya», «Exo Planetı», «New-York Times» kimi
qəzetlərinin əməkdaşları var.
Xarici jurnalistlərin akkreditasiyası davam edir.


































































































