Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli İctimai Televiziyanı və Mərkəzi Seçki Komissiyasını məhkəməyə verib. Buna səbəb adı çəkilən qurumların Cəmil Həsənliyə İTV- də ödənişli efir vaxtı ayırmaqdan imtina etməsi ilə bağlı olub. Məhkəmə prosesi 04 oktyabr 2013- cü il saat 10: 30- da Bakı Apellyasiya Məhkəməsinə təyin olunub.
Xatırladaq ki, Milli
Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli Seçki Məcəlləsinə uyğun
olaraq İctimai Televiziyanın ödənişli efir vaxtından istifadə etmək üçün 23
sentyabr tarixdə İTV- yə müraciət edib.
Cəmil Həsənlinin səlahiyyətli nümayəndələri ödənişli
efir vaxtının ayrılması ilə bağlı müqavilə baglamaq üçün 23 sentyabrda ITV- nin
rəhbərliyi ilə görüşüblər. İTV- dən bildirilib ki, Seçki Məcəlləsinin 80.4- cü
maddəsinə əsasən ödənişli efir vaxtının ayrılması ilə bağlı müddət bitdiyindən
Cəmil Həsənli üçün ödənişli efir vaxtı ayrılmayacaq.
Prezidentliyə namizəd Cəmil Həsənlinin Seçki Qərargahından
Milli Şuranın Mətbuat Xidmətinə bildirilib ki, İTV rəhbərliyi yalan danışır və
Seçki Məcəlləsinin qeyd olunan bəndlərində ödənişli efir vaxtından söhbət
getmir.



































































































