6 il əvvəl başlayan “ərəb baharı”x9d - Azərbaycanda da olsaydı...

Hazırda oxunan: 6 il əvvəl başlayan “ərəb baharı”x9d - Azərbaycanda da olsaydı...

172323

2011-ci ilin mart ayının bu günləri “Ərəb baharı”x9d adlanan inqilabların tüğyan etdiyi günlər idi. Misirdə, Liviyada, Tunisdə məhz bu zamanlar məlum inqilablar baş verdi. Həmin dövrlərdə Azərbaycanda da “ərəb baharı”x9dndan ilhamlananlar var idi. Müəyyən cəhdlər olsa da Azərbaycanda bu, alınmadı. İnqilabların baş verdiyi ölkələrin isə sonrakı taleyi məlumdur. Bu ölkələrin bəziləri silahlı qruplar arasında bölünüb, sabitlik yox, iqtisadiyyat çöküb, ölkədə silahlı qruplar meydan sulayır, saysız-hesabsız insan ölümü baş verib və bu proses hələ də davam edir. Əgər Azərbaycanda da “ərəb baharı”x9d dalğasında inqilab baş versəydi, indi bizim ölkənin durumu necə olardı?


Politoloq Elçin Mirzəbəyli bildirdi ki, həmin dövrdə “ərəb baharı”x9d Yaxın Şərqin, Aralıq dənizi hövzəsinin enerji resurslarına və strateji nəqliyyat dəhlizlərinə sahiblənmək üçün həyata keçirilən bir ssenari idi: “Bunu hələ o zamanlar mənim kimi bir çox ekspertlər də vurğulayırdılar. Azərbaycanda ”x9dərəb baharı"ndan ilhamlanan bir qrup insan isə uzun illər boyu siyasətdə olduqlarına baxmayaraq, elementar təhlil imkanları olmayanlar idi. Onlar Gürcüstanda, Qırğızıstanda, Ukraynada baş verən hadisələr zamanı da vəcdə gəlmişdilər və nəticədə xəyal qırıqlığına uğradılar. Azərbaycanda “ərəb baharı”x9d ssenarisinin gerçəkləşməsi üçün heç bir fundamental əsas yox idi. Bizim bəzi müxalifət nümayəndələrinin problemi ondadır ki, mövcud iqtidara qarşı irəli sürdükləri ittihamları həddindən artıq, bəzən isə ifrat dərəcədə şişirdilmiş çatışmazlıqlar üzərindən dilə gətirirlər. Digər problemləri isə ondadır ki, sonradan iqtidara qarşı apardıqları təbliğatda istifadə etdikləri mübaliğəli, bir az yalan, bir az böhtan qarışıq məsələlərə özləri də inanmağa başlayırlar. Yəni özləri öz təbliğat kampaniyalarının subyektinə çevrilirlər. Beləliklə, reallıq hissi itir və nəticədə növbəti xəyal qırıqlığı, siyasi depressiyalar başlayır".
Image

Ekspert vurğuladı ki, “ərəb baharı”x9dnın gerçəkləşməsi üçün Azərbaycanda münbit şərait yox idi. Bunun isə ciddi səbəbləri var idi: “Çünki siyasi hakimiyyət güclü idi, Azərbaycan vətəndaşları sabitliyi və təhlükəsizliyi hər şeydən üstün tuturdular, xalqın mədəni və intellektual səviyyəsi ərəb ölkələrində baş verənlərdən nəticə çıxarmağa imkan verirdi, Azərbaycanda həyat səviyyəsi ”x9dərəb baharı"nın gerçəkləşdiyi ölkələrdən müqayisəolunmaz dərəcədə üstün idi, regiondakı geosiyasi amillər ölkə daxilindəki proseslərə açıq və kobud şəkildə müdaxilə olunmasına imkan vermirdi və s.


Bu reallıqlar indi dəyişməyib. Əgər “ərəb baharı”x9d ssenarisi olaraq inqilab Azərbaycanda baş versəydi, bu, hətta ölkənin müstəqilliyinin də şübhə altına düşməsinə imkan yarada bilərdi. Yaranmış vəziyyətdən bütün kənar düşmən qüvvələr, o cümlədən Ermənistan yararlanmağa çalışardı. Amma şübhəsiz ki, bütün bunlar Azərbaycan reallığına uyğun gəlməyən fantastik fərziyyələrdir. Azərbaycan oturuşmuş dövlətdir, həmçinin xalqın dövlətçilik şüuru da yüksək səviyyədədir. Bu baxımdan, belə ssenarilərin nə bu gün, nə də sabah gerçəkləşə biləcəyini düşünmürəm. Lakin bu o demək deyil ki, başımızı yastığa qoymalı, real təhlükələrə və çağırışlara hazır olmamalıyıq".(musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin