Ötən ilin aprel ayından etibarən Azərbaycan-Ermənistan orduları arasındakı təmas xəttində vəziyyətin mütəmadi olaraq gərginləşməsi orta məktəblərdə hərbi hazırlıq fənninə daha böyük diqqət ayırmağı zəruri edir.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Siyavuş Novruzov bu istiqamətdə mühüm addımlar atmağın zəruri olduğunu təsdiqləyib:
“Bu istiqamətdə Təhsil Nazirliyi ilə Müdafiə Nazirliyi birgə layihələr həyata keçirir. Bura müxtəlif texnikaların öyrənilməsi, atıcılıq və s. daxildir. Mənim özümüm də bu məsələ ilə bağlı bəzi təkliflərim, ideyalarım var. Hesab edirəm ki, ilk növbədə sərhəd kəndlərində, sərhəd rayuonlarında bu ideyalar, yeniliklər geniş şəkildə tətbiq edilməlidir.
Sərhəd rayonlarında Müdafiə Nazirliyinin müəyyən hissələri var. Onların poliqonları mövcuddur. Həftədə bir dəfə şagirdləri bura cəlb etmək olar. Bir neçə dərs, o cümlədən də parktiki dərslər salmaq olar. Onlara qumbaradan istifadə, atıcı silahlardan istifadə qaydası və s. öyrədilməldiir. Bildiyiniz kimi, silah bazarı sürətlə yenilənir. Azərbaycanın özünün istehsal etdiyi silahlar var ki, bu silahlara dünyada maraq böyükdür. Bu silahlardan bizim orduda da istifadə olunur. Təbii ki, bütün gənclər bu silahlardan istifadəni öyrənməlidir. Ancaq bunun ilk növbədə sərhədyanı ərazilərdə tədrisi zəruri hesab edirəm.
Ictimai birliklər və dini qurumlar komitəsinin sədri kimi ictimai birliklərlə də bizim layihələrimiz var. Qarabağ və Əfqanıstan müharibəsi veteranları, ehtiyatda olan zabitlər kifayət qədər döyüş təcrübəsi olan insanlardır. Bu təcrübəsinin gənclərlə bölüşdürülməsi ilə bağlı layihələrimiz var. Biz bununla bağlı aidiyyati struturlarla danışıqlar aparırıq. İstəyirik ki, gələcəkdə döyüş təcrübəsi görmüş zabilərimizdən istifadə edərəkxa0 şagirdlərimizin hərbi təlimə yiyələnməsinə nail olaq”x9d.
xa0
Seymur Əliyev





































































































