Azərbaycanın İsraildən aldığı “Qum Pişiyi”x9d ermənilərin qorxulu röyasına çevriləcək

Hazırda oxunan: Azərbaycanın İsraildən aldığı “Qum Pişiyi”x9d ermənilərin qorxulu röyasına çevriləcək

142224
Azərbaycan Müdafiə Nazirliyinin İsrailin “Plasan”x9d şirkətindən aldığı “Sand Cat”x9d (“Qum Pişiyi”x9d) zirehli avtomobillərin təqdimatı keçirilib. “AzeriDefence”x9dnin məlumatına görə, iyunun 25-də prezident İlham Əliyev ordunun silahlanmasına yeni daxil olmuş zirehli maşınlarla tanış olub.

Fotolardan göründüyü qədər Azərbaycan Silahlı Qüvvələri bu maşının ən azı 4 konfiqurasiyasını alıb. Bunların arasında uzaq məsafədən nəzarət və izləmə imkanına malik elektro-optik sistemlərlə təchiz edilmiş nümunə diqqəti cəlb edir.


Maşınlar “Rafael”x9d şirkətinin istehsalı olan 12.7 mm çaplı NSVT pulemyotu ilə silahlandırılmış “Mini Samson”x9d döyüş modulu ilə komplektləşdirilib. Digər maşında isə “Rafael”x9din üzərində iki ədəd “Spike LR”x9d tipli tank əleyhinə idarə olunan raket buraxıcı qurğusu yerləşdirilmiş yeni “Samson MLS”x9d döyüş modulu qurulub.

“Samson MLS”x9d modulunun üzərində hədəfi hər cür hava şəraitində izləməyə imkan verən optik sistemlər və lazer məsafəölçən yer alır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin