Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) ikinci cəhdi keçirilib.
Bizim.Media xəbər verir ki, imtahanın keçirilməsi üçün 6 bina, 6 ümumi imtahan rəhbəri, 14 imtahan rəhbəri, 113 nəzarətçi, 17 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.
İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkar olunub və imtahandan xaric edilib.
İyunun 22-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalına başlanılacaq. İmtahan nəticələri yaxın 3 gün ərzində elan olunacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:46 / 21.06.2026
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirildi
Hazırda oxunan: Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirildi
Hazırda oxunan: Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirildi
620586
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































